Qaradağda avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Qaradağda avtomobillə vurulan şəxs xəstəxanada ölüb Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
16 May , 2016 11:46
Qaradağda avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Bakı. 16 may. REPORT.AZ/ Qaradağda avtomobillə vurulan şəxs xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, mayın 15-də saat 01 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qəsəbə sakini Tural Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Cavid Nuriyevi vurub. Xəstəxanaya yerləşdirilən C.Nuriyev orada dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi