Xəzərin Qaradağ rayonu sahillərində 14 yaşlı oğlan batıb

Xəzərin Qaradağ rayonu sahillərində 14 yaşlı oğlan batıb Onun cəsədi batdığı yerdən 30 metr aralıdan tapıb
Hadisə
24 Avqust , 2016 22:03
Xəzərin Qaradağ rayonu sahillərində 14 yaşlı oğlan batıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda dənizdə 1 nəfər batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi