Poroşenkoya məxsus şirkətin Bakı filialı Azərbaycan müəssisəsini məhkəməyə verib

Poroşenkoya məxsus şirkətin Bakı filialı Azərbaycan müəssisəsini məhkəməyə verib MMC kiçik müəssisədən pul tələb edir
Hadisə
19 Sentyabr , 2015 15:11
Poroşenkoya məxsus şirkətin Bakı filialı Azərbaycan müəssisəsini məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "SAF" çoxsahəli kiçik müəssisəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, MMC kiçik müəssisədən müqaviləyə əsasən pul tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.

"Roşen" şirkətinin sahibi Ukrayna prezidenti Pyotr Poroşenkodur.

Son xəbərlər

Orphus sistemi