Polşanın Azərbaycandakı konsulu qəzaya düşüb

Polşanın Azərbaycandakı konsulu qəzaya düşüb Faktla bağlı Səbail Rayon Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
Hadisə
1 Fevral , 2016 11:55
Polşanın Azərbaycandakı konsulu qəzaya düşüb

Bakı. 1 fevral. REPORT.AZ/ Polşanın Azərbaycandakı səfirliyinin konsulu Konrad Viklo idarə etdiyi xidməti “KİA” markalı avtomobillə Səbail rayonunun Badamdar qəsəbəsində qəzaya düşüb. “Report” xəbər verir ki, 31 yaşlı konsulun maşını Bakı şəhər sakini Hafis Tağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı Səbail Rayon Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi