Naxçıvan sakininin avtomobilindən 1,7 kq heroin götürülüb

Naxçıvan sakininin avtomobilindən 1,7 kq heroin götürülüb Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kq narkotik vasitə aşkarlanıb.
Hadisə
13 Dekabr , 2019 13:03
Naxçıvan sakininin avtomobilindən 1,7 kq heroin götürülüb

Naxçıvan sakininin avtomobilindən, təqribən, 1,7 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi