Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib

Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Hadisə
2 May , 2024 11:43
Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib

Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Xanəgah kənd sakini Səməd Seyidov, Tülər kəndi sakini Sakit Əbilov, Rustov kənd sakinləri Rahib Şıxzadayev, Xalid Güləliyev, Alıc kənd sakinləri Hikmət Fərhadov, Qoşqar Bəybalayev və Novruz İsayev olduğu müəyyən edilib.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi