Bakıda mühafizəçilər qoruduqları televizorları oğurlayıb

Bakıda mühafizəçilər qoruduqları televizorları oğurlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Avqust , 2015 14:51
Bakıda mühafizəçilər qoruduqları televizorları oğurlayıb

Bakı. 13 avqust. REPORT. AZ/ Azərbaycanda mühafizəçilər qoruduqları televizorları oğurlayıb. "Report" xəbər ki, Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytının yaydığı məlumata görə, Bakı şəhər sakini Boran Quliyevə məxsus anbardan 49 ədəd televizor oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində anbardan 28 000 manat dəyərində televizor oğurlayan həmin anbarın mühafizəçiləri - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi