Müğənni Röyanın məşhur vəkilə qarşı şikayətinə baxılıb

Müğənni Röyanın məşhur vəkilə qarşı şikayətinə baxılıb Kollegiya qərarını elan edib
Hadisə
1 Aprel , 2016 18:06
Müğənni Röyanın məşhur vəkilə qarşı şikayətinə baxılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında əməkdar artist Röyalə Nəcəfovanın (Röya Ayxan) vəkil Adəm Məmmədovla bağlı şikayətinə baxılıb.

Bu barədə “Report”a A.Məmmədov məlumat verib.

VK müğənniyə məhkəməyə müraciət etməyi məsləhət görüb.

Xatırladaq ki, bir müddət əvvəl Röya Ayxan A.Məmmədovdan VK-ya şikayət edib. Buna səbəb Röya Ayxanın “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxslə arasında olan söhbətlə bağlı A.Məmmədovun tənqidi fikirlər səsləndirməsi olub. Eyni zamanda, vəkil daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. 

Son xəbərlər

Orphus sistemi