​Moskvada təqaüdçü 27 yaşlı azərbaycanlının boğazını kəsib

​Moskvada təqaüdçü 27 yaşlı azərbaycanlının boğazını kəsib Şübhəli şəxs saxlanılıb
Hadisə
25 Noyabr , 2014 00:20
​Moskvada təqaüdçü 27 yaşlı azərbaycanlının boğazını kəsib

Bakı. 25 noyabr. REPORT.AZ/ Ötən gün Moskvanın Paveletski vağzalının gözləmə zallarından birində 27 yaşlı azərbaycanlı ilə küçə həyatı sürən 60 yaşlı şəxs arasında münaqişə baş verib.

"Report" xəbər verir ki, münaqişə həmyerlimizin boğazının kəsilməsi ilə nəticələnib.

Yerli mətbuatın məlumatına görə, mübahisə kişilərdən birinin digərindən "özünü sakit aparmağı" xahiş etməsindən sonra baş verib.

Soydaşımız "boyunun yan səthinin deşik yarası" diaqnozu ilə təcili olaraq xəstəxanaya çatdırılıb.

Soyuq silah tətbiq etməkdə şübhəli bilinən təqaüdçü saxlanılıb. Təqaüdçüyə qarşı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi