Mingəçevirdə fərdi yaşayış evlərini sel basıb - FOTO

Mingəçevirdə fərdi yaşayış evlərini sel basıb - FOTO Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus Havarlı Suvarma kanalı daşıb
Hadisə
11 May , 2016 08:31
Mingəçevirdə fərdi yaşayış evlərini sel basıb - FOTO

Bakı. 11 may. REPOİRT.AZ/ Ötən gecədən başlayaraq aramsız yağışlar Mingəçevir şəhərində fərdi yaşayış evlərinə sel sularının dolması ilə nəticələnib. "Report"un məlumatına görə, Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus Havarlı Suvarma kanalının daşması ilə
Mingəçevirin Günəşli bağlar massivindəki həyətyanı evlər palçıq-lil içərisində qalıb. Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəzləri yararsız vəziyyətə düşüb. Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb. Yaranmış palçıq topasını sakinlər gecə saatlarından təmizləməyə başlayıblar. Kanalizasiya xətləri palçıqla dolub. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində çalışırlar. Sel suları fərdi yaşayış evlərindən su motorları vasitəsilə çəkilib, həmçinin kanalların lildən təmizlənməsi işləri həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi