Yuxarı

Azərbaycanda orta məktəbin həyətində intihar hadisəsi baş verib

İki uşaq atası özünü asıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Goranboy rayonunda intihar hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonun Qarasüleymanlı kənd sakini, 1987-ci il təvəllüdlü Natiq Mətləb oğlu Abdullayev özünü kənd məktəbinin qazanxanasında kəndirlə asaraq intihar edib.

İki uşaq atası olan N.Abdullayevin intihar etməsinin səbəbləri Goranboy Rayon Prokurorluğunun araşdırmalarından sonra məlum olacaq.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər