​Məhkəmə sığorta şirkətinin apellyasiya şikayətini təmin etməyib

​Məhkəmə sığorta şirkətinin apellyasiya şikayətini təmin etməyib FHN-in xeyrinə çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb
Hadisə
12 Yanvar , 2016 09:40
​Məhkəmə sığorta şirkətinin apellyasiya şikayətini təmin etməyib

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Birinci instansiya məhkəməsinin FHN-in xeyrinə çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb. “Azsığorta” ASC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Azsığorta” ASC FHN-in Əməliyyat-İstintaq İdarəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti cinayət işinin rədd edilməsi ilə bağlı toplanmış materialların surətlərinin təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkün saymayıb. Qərardan narazı qalan “Azsığorta” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi