Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib

Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib
Hadisə
15 Mart , 2016 12:36
Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı inzibatı iddiasına baxılıb.

"Report"un məlumatına görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov 23 dekabr 2015-ci il tarixində 12/20 saylı inzibati tənbeh verə haqqında qərar çıxarıb. Həmin qərardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarı ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi