Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib İş hakim Mahmud Ağalarovun icraatına verilib
Hadisə
22 Sentyabr , 2016 18:24
Maştağada 200 manata görə həmyerlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, Tofiq Şəkərovun cinayət işi üzrə Sabunçu Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən il noyabr ayının 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsində baş verib. Qəsəbə sakini 1977-ci il təvəllüdlü T.Şəkərov aralarında yaranmış mübahisə zəmnində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən T.Şəkərovu saxlayaraq istintaqa cəlb edib.

Araşdırma zamanı məlum olub ki, T.Şəkərov həmyerlisi İ.Abduləliyevi 200 manata yaxın pul borcuna görə öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi