Masallıda yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var

Masallıda yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Hadisə
23 Dekabr , 2022 09:51
Masallıda yük və minik avtomobilləri toqquşub, ölənlər və yaralananlar var

Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

''Report''un Cənub bürosunun xəbərinə görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara rayon sakini R.Nəsirovun idarə etdiyi "KamAZ" və Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlər “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadədir.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi