Bakı. 31 avqust. REPORT.AZ/ Masallı rayonunda üç yaşlı qızın üstünə qaynar su tökülüb.
"Report"un məlumatına görə, hadisə rayonun Təkdam kəndində qeydə alınıb.
Belə ki, avqustun 27-də həmin kəndin sakini 3 yaşlı Fatimə Quliyevanın üstünə qaynar su tökülüb və uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 30-da vəziyyəti ağırlaşaraq F.Quliyeva xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.