Mağaza müdiri barəsində cinayət işi başlanıb

Mağaza müdiri barəsində cinayət işi başlanıb O, 86 min manat məbləğində pul vəsaitini mənimsəməkdə şübhəli bilinir
Hadisə
18 Fevral , 2016 16:21
Mağaza müdiri barəsində cinayət işi başlanıb

“Bakı Şərab-1” ASC-nin müraciəti əsasında cinayət işi başlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ “Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi