​Liviyada terror aktı baş verib, 2 ölü, 6 yaralı

​Liviyada terror aktı baş verib, 2 ölü, 6 yaralı Hələlik hadisəyə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib
Hadisə
11 İyun , 2016 06:46
​Liviyada terror aktı baş verib, 2 ölü, 6 yaralı

Bakı. 11 iyun. REPORT.AZ/ Liviyada terror aktı baş verib. "Report"un məlumatına görə, bu haqda TASS agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin ən böyük şəhərlərindən olan Benqazinin Əs-Salmani rayonunda baş verib. Avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib. 

Qeyd edək ki, Liviya ordusu artıq uzun müddətdir Benqazidə İŞİD və "Əl Qaidə" terrorçularına qarşı mübarizə aparır. Fevralda ölkənin ikinci ən böyük şəhərində terror qruplaşmalarına qarşı geniş miqyaslı əməliyyat keçirilib və xeyli sayda silahlı məhv edilib.  

Son xəbərlər

Orphus sistemi