​Lənkəranda qadın dəm qazından zəhərlənərək ölüb

​Lənkəranda qadın dəm qazından zəhərlənərək ölüb Hadisə Xarxatan kəndində baş verib
Hadisə
22 Mart , 2016 12:35
​Lənkəranda qadın dəm qazından zəhərlənərək ölüb

Bakı. 22 mart. REPORT.AZ/ Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub.

O, təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi