Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO

Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO Onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib
Hadisə
3 Sentyabr , 2016 09:46
Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO

Bakı. 3 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda satmaq üçün narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Girdəni kəndində yaşayan Etiram Ehtimal oğlu Nəcəfovu saxlayıb.

Onun həyətinə baxış zamanı həyətyanı sahəsində narkotik xassəli çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərdiyi müəyyən edilib. Onun evindən xüsusi qaydada əkib-becərdiyi və quruduqdan sonra topladığı və hələlik istintaqa məlum olmayan mənbədən satış məqsədilə əldə etdiyi narkotik maddə maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran Rayon Məhkəməsinin qərarı ilə E.Nəcəfov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi