Lənkəranda minik və yük avtomobilləri toqquşub - FOTO

Lənkəranda minik və yük avtomobilləri toqquşub - FOTO ​Faktla bağlı araşdırmalar başlanılıb
Hadisə
1 Avqust , 2016 18:29
Lənkəranda minik və yük avtomobilləri toqquşub - FOTO

Lənkəran. 1 avqust. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının 201-ci kilometrliyində, rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Lənkəranın Şiləvar kənd sakini, 1973-cü il təvəllüdlü, Əhliman İdris oğlu Ağayevin idarə etdiyi "KamAZ" markalı, 42-BM-129 dövlət qeydiyyat nömrə nişanlı yük maşını Gərmətük qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramin Güldadaş oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı, 42-BC-003 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə R.Babayev ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi istintaq və təhqiqat bölməsinin əməkdaşları araşdırma aparır. Qəzanın baş vermə səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi