Azərbaycanın cənubunda meşə zolağında yanğın olub

Azərbaycanın cənubunda meşə zolağında yanğın olub Nəticədə meşə zolağının ümumilikdə yarım hektar ərazisində kol-kos yanıb
Hadisə
29 Avqust , 2016 19:06
Azərbaycanın cənubunda meşə zolağında yanğın olub

Lənkəran. 29 avqust. REPORT.AZ/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayon ərazisindəki meşə zolağında yanğın olub.

"Report"un Cənub bürosu xəbər verir ki, yanğın hadisəsi Haftoni qəsəbəsi ərazisində baş verib. 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyyəti alovun söndürülməsinə cəlb olunub. Yanğın barədə hissəyə saat 14.48-də məlumat daxil olub. Yanğın saat 18.03-də tam lokallaşdırılıb. 

Nəticədə meşə zolağının ümumilikdə yarım hektar ərazisində kol-kos yanıb. 

Son xəbərlər

Orphus sistemi