​Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub

​Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub Cinayəti törətməkdə təqsirli bilinən şəxs artıq saxlanılıb
Hadisə
9 İyul , 2015 21:47
​Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub

Bakı. 9 İyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu 1993-cü il təvəllüdlü Şirinov Elman Fərman oğludur.

Məlumata görə, o, sol çiyin nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Lənkərandakı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, bu gün Lənkəran şəhərinin Fizuli küçəsində aralarında yaranan şəxsi mübahisə zəminində hələlik adı açıqlanmayan şəxs iki nəfərə bıçaqla xəsarət yetirib. Polislə yanaşı onun qardaşı 1991-ci il təvəllüdlü Valeh Şirinov da boyun nahiyəsindən xəsarət alıb.

Hadisənin tam təfərrüatı hələlik məlum deyil. Cinayəti törətməkdə təqsirli bilinən şəxs artıq saxlanılıb. İstintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi