Yuxarı

​Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub

Cinayəti törətməkdə təqsirli bilinən şəxs artıq saxlanılıb

Bakı. 9 İyul. REPORT.AZ/ Bu gün günorta saatlarında Lənkəranda bıçaqlanan polis əməkdaşının kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu 1993-cü il təvəllüdlü Şirinov Elman Fərman oğludur.

Məlumata görə, o, sol çiyin nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə Lənkərandakı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, bu gün Lənkəran şəhərinin Fizuli küçəsində aralarında yaranan şəxsi mübahisə zəminində hələlik adı açıqlanmayan şəxs iki nəfərə bıçaqla xəsarət yetirib. Polislə yanaşı onun qardaşı 1991-ci il təvəllüdlü Valeh Şirinov da boyun nahiyəsindən xəsarət alıb.

Hadisənin tam təfərrüatı hələlik məlum deyil. Cinayəti törətməkdə təqsirli bilinən şəxs artıq saxlanılıb. İstintaq tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi