Bakı. 24 oktyabr. REPORT.AZ/ Ələt-Astara magistral yolunun 189-cu km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində yük maşını ilə eyni istiqamətdə hərəkət edən "Ford" markalı avtomobil toqquşub. "Report"un xəbərinə görə, qəza nəticəsində 1984-cü il təvəllüdlü Bəşirova Aygün Rafael qızı və onun qızı - 2004-cü il təvəllüdlü Bəşirova Xədicə Əli qızı xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.