Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var Lənkəranda avtomobillər toqquşub, yaralılar var.
Hadisə
6 Yanvar , 2024 21:10
Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşub, yaralılar var.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi