​Lənkəranda ağır yol qəzasında 4 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

​Lənkəranda ağır yol qəzasında 4 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB Onlardan ikisinin vəziyyəti ağırdır
Hadisə
28 Fevral , 2016 21:55
​Lənkəranda ağır yol qəzasında 4 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

İlk xəbər 16:59-da dərc olunub

Bakı. 28 fevral. REPORT.AZ/ Ələt-Astara magistralının 199-cu km-də, yolun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, "42-BM-205" dövlət qeydiyyat nişanlı "VAZ-21015" və "90-LS-179" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. "VAZ-2107"nin sürücüsü, 2000-ci il təvəllüdlü Abdullayev Kənan İlkin oğlunun vəziyyəti ağır olduğundan, o, Reanimasiya şöbəsinə, digərləri - "VAZ-21015"nin sürücüsü Məmmədov Mətləb Malik oğlu (1982-ci il təvəllüdlü), sərnişinlər Mirzəyeva Sevil Həmid qızı (1963) və Müseyibov Kamran Həmid oğlu (1966) isə Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, qəzaya "VAZ-2107"nin ötmə əməliyyatı zamanı qarşı tərəfə çıxması səbəb olub.

Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi