Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginazlar aşkarlanıb

Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginazlar aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Dekabr , 2015 12:25
Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginazlar aşkarlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Lənkəran sakininin üzərindən narkotik maddələr və 100 manatlıq saxta əsginazlar aşkar olunub. "Report" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının, daxil olan əməliyyat əsasında keçirdiyi axtarış tədbirləri zamanı şəhər sakini 47 yaşlı İnqilab Məmmədəli oğlu Kəlbiyev şübhəli şəxs qismində saxlanılıb. İ.Kəlbiyevin üzərinə baxış zamanı ondan 100 manatlıq saxta əsginazlar və narkotik vasitələr aşkar olunaraq götürülüb. 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi