Bakıda ev sahibi gözətçisini güllələyib - YENİLƏNİB

Bakıda ev sahibi gözətçisini güllələyib - YENİLƏNİB Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub
Hadisə
12 Sentyabr , 2016 13:33
Bakıda ev sahibi gözətçisini güllələyib - YENİLƏNİB

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə zamanı Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib.

İlkin məlumata görə hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan “Makarov” markalı tapança ilə atəş açıb.

Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.

*** ilk xəbər saat 12:48-də yayımlanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Lənkəran sakini Bakıda güllələnib.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.

Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi