Azərbaycanda təsərrüfat işləri ilə məşğul olan şəxslər külli miqdarda narkotik maddə tapıb

Azərbaycanda təsərrüfat işləri ilə məşğul olan şəxslər külli miqdarda narkotik maddə tapıb Toplanan materiallar Baş Prokurorluğa göndərilib
Hadisə
19 Dekabr , 2014 13:38
Azərbaycanda təsərrüfat işləri ilə məşğul olan şəxslər külli miqdarda narkotik maddə tapıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Cəlilabad sakinləri tapdıqları külli miqdarda narkotik maddəni hüquq-mühafizə orqanlarına təhvil verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapıb və Dövlət Sərhəd Xidmətinin (DSX) oradakı zastavasına təhvil veriblər. DSX-nin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanan materiallar Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi