Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: AZAL-ın bilet qiymətləri ilə araşdırma aparıla bilər

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: AZAL-ın bilet qiymətləri ilə araşdırma aparıla bilər Bu barədə Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən danışıb
Hadisə
22 İyul , 2015 11:44
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: AZAL-ın bilet qiymətləri ilə araşdırma aparıla bilər

Bakı. 22 iyul. REPORT.AZ/ “AZAL-ın bilet qiymətləri ilə bağlı əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər”.

“Report” xəbər verir ki, bunu Baş İdarənin rəisi Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib, aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi