Kiyevdə Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobil ağır qəza törədib - FOTO

Kiyevdə Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobil ağır qəza törədib - FOTO Avtomobilin sürəti yüksək olduğuna görə sürücü idarəetməni itirib
Hadisə
11 Aprel , 2015 11:23
Kiyevdə Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobil ağır qəza törədib - FOTO

Bakı. 11 aprel. REPORT.AZ/ Ötən gecə Kiyev şəhərinin Borşakovskaya küçəsində Azərbaycan Respublikasının dövlət qeydiyyat nişanı olan "Volkswagen Polo" markalı avtomobil aşıb. 

"Report" "Kiev.segodnya.ua" saytına istinadən xəbər verir ki, Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobil İndustrial yol ötürücüsündən şəhərin mərkəzinə doğru hərəkət edərkən avtomobilin sürəti yüksək olduğuna görə sürücü idarəetməni itirib. Nəticədə avtomobil sağ bordyura doğru sürüşərək aşıb.

Hadisə yerinə gələn poliş işçilərinin ilkin araşdırmasına görə, sərnişinlərdən biri ciddi xəsarət alıb. Onda açıq kəllə-beyin zədəsi, döş qəfəsinin və qarın nahiyəsinin zədəsi, baldır sümüyünün sınığı təyin edilib. "Volkswagen Polo"nun 19 yaşlı sürücüsü xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Bəzi məlumatlara görə, gənclər "avtoşluq" edirmiş. Yol-nəqliyyat hadisəsinin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi