Keçən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 nəfər saxlanılıb

Keçən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 nəfər saxlanılıb Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aidiy­yəti orqanlara təhvil verilib
Hadisə
3 Aprel , 2015 16:51
Keçən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 nəfər saxlanılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, onların 24 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Gürcüstan və Litva vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7 halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 23 halda 10 kiloqram 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası, 8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi