Kaluqada qadın yüzə yaxın Azərbaycan və Özbəkistan vətəndaşını mənzilinə saxta yolla qeydiyyata salıb

Kaluqada qadın yüzə yaxın Azərbaycan və Özbəkistan vətəndaşını mənzilinə saxta yolla qeydiyyata salıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
1 Aprel , 2016 15:20
Kaluqada qadın yüzə yaxın Azərbaycan və Özbəkistan vətəndaşını mənzilinə saxta yolla qeydiyyata salıb

Bakı. 1 aprel. REPORT.AZ/ Kaluqada 26 yaşlı qadın 92 Azərbaycan və Özbəkistan vətəndaşını özünün ikiotaqlı mənzilinə saxta yolla qeydiyyata alıb. 

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq məqsədilə polis əməkdaşları qonşuları dindirib. Məlum olub ki, xarici vətəndaşlar heç bir zaman qeyd olunan mənzildə yaşamayıblar. Mənzilin sahibəsi də faktı təsdiqləyərək, göstərilən xidmətə görə 1000-2000 rubl məbləğində pul aldığını etiraf edib. 

Faktla bağlı cinayət işi açılıb. Qanunvericiliyə əsaən, bu cinayətə görə 500 minə qədər cərimə və ya 3 ilədək həbs cəzası nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi