​Bakıda ev yanıb, iki nəfər xəsarət alıb

​Bakıda ev yanıb, iki nəfər xəsarət alıb Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb
Hadisə
20 Mart , 2015 17:12
​Bakıda ev yanıb, iki nəfər xəsarət alıb

Bakı. 20 mart. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb. Ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti alıb və ona yerində ilkin tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi