İstanbuldan gələn Azərbaycan vətəndaşında zərgərlik məmulatları aşkarlanıb

İstanbuldan gələn Azərbaycan vətəndaşında zərgərlik məmulatları aşkarlanıb 585 əyarlı qızıl məmulatın ümumi çəkisi 743 qram olub
Hadisə
14 İyul , 2015 17:02
İstanbuldan gələn Azərbaycan vətəndaşında zərgərlik məmulatları aşkarlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə S.Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatları aşkar edilib.

Son xəbərlər

Orphus sistemi