​İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb

​İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq
Hadisə
17 May , 2016 16:36
​İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.

"Report"un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, keçən ilin sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.

Son xəbərlər

Orphus sistemi