İnterpol tərəfindən axtarışda olan Ukrayna vətəndaşı Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb

İnterpol tərəfindən axtarışda olan Ukrayna vətəndaşı Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb Qəsdən ağır bədən xəsarətlərinin yetirilməsində şübhəli bilinən şəxs Gürcüstandan Azərbaycana keçmək istəyərkən saxlanılıb
Hadisə
11 İyun , 2016 14:05
İnterpol tərəfindən axtarışda olan Ukrayna vətəndaşı Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb

Bakı. 11 iyun. REPORT.AZ/ Gürcüstan polisi İnterpolun Ukrayna bürosu tərəfindən axtarışda olan Ukrayna vətəndaşını  Gürcüstan-Azərbaycan sərhədində saxlayıb. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildiriblər. 

Ukrayna vətəndaşı  Gürcüstandan Azərbaycana keçmək istəyərkən saxlanılıb. O, qəsdən ağır bədən xəsarətlərinin yetirilməsində şübhəli bilinir və ötən ilin dekabr ayından axtarışda olub.

Hazırda saxlanılan şəxsin Ukraynaya ekstradisiyası üçün gərəkli tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi