​İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

​İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq
Hadisə
25 Aprel , 2016 11:34
​İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

Bakı. 25 aprel. REPORT.AZ/ İnsan alverində təqsirləndirilən İrina Qəmbərova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, şikayətə aprelin 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Qəmbərova ötən il insan alverində təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri-iki və ya daha çox şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri-qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.

Bu ilin mart ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi