Yuxarı

​İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq

Bakı. 25 aprel. REPORT.AZ/ İnsan alverində təqsirləndirilən İrina Qəmbərova barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, şikayətə aprelin 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Qəmbərova ötən il insan alverində təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri-iki və ya daha çox şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri-qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub.

Bu ilin mart ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi