İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb Hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb
Hadisə
5 Sentyabr , 2015 22:36
İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini 1980-cı il təvəllüdlü Samir Səlim oğlu Allahverdiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən "VAZ-021" markalı avtomobilə toqquşub. 

Hadisə zamanı "Hyundai"ın sürücüsü həmyerliləri 1969-cu il təvəllüdlü Xatirə Məhəmməd qızı Novruzəliyeva və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vüqar Mirağa oğlu Novruzəliyev müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Novruzəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi