İki gün ərzində Azərbaycanda 193 cinayət törədilib, 94 nəfər tutulub

İki gün ərzində Azərbaycanda 193 cinayət törədilib, 94 nəfər tutulub Daxili işlər orqanları 193 cinayətdən 57-nin üstünü "isti izlər"lə açıb
Hadisə
8 Fevral , 2016 15:31
İki gün ərzində Azərbaycanda 193 cinayət törədilib, 94 nəfər tutulub

Bakı. 8 fevral. REPORT.AZ/ Ötən həftənin son iki günündə Azərbaycanda 193 cinayət faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daxili işlər orqanları fevralın 6 və 7-də qeydə alınan 193 cinayətdən 57-nin üstünü "isti izlər"lə açıb, 94 nəfər tutulub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi