Yuxarı

İki gün ərzində Azərbaycanda 193 cinayət törədilib, 94 nəfər tutulub

Daxili işlər orqanları 193 cinayətdən 57-nin üstünü isti izlərlə açıb

Bakı. 8 fevral. REPORT.AZ/ Ötən həftənin son iki günündə Azərbaycanda 193 cinayət faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daxili işlər orqanları fevralın 6 və 7-də qeydə alınan 193 cinayətdən 57-nin üstünü "isti izlər"lə açıb, 94 nəfər tutulub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi