Bakı. 16 noyabr. REPORT.AZ/ Hacıqabulda 32 yaşlı rayon sakini dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Səfərova Tura Əlövsət qızı dəm qazından zəhərlənib. Zərərçəkən dərhal Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.