​Gürcüstanda Azərbaycan vətəndaşı həbs olunub

​Gürcüstanda Azərbaycan vətəndaşı həbs olunub O, Marneul rayonunun Kiraçmuğanlı kəndində tutulub
Hadisə
10 İyul , 2015 12:43
​Gürcüstanda Azərbaycan vətəndaşı həbs olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Gürcüstanın hüquq-mühafizə orqanları 1953-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Afik A. adlı Azərbaycan vətəndaşını həbs ediblər. 

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Xəbərə görə, o, Marneuli rayonunun Kiraçmuğanlı kəndində tutulub.

Əməliyyat zamanı Afik A.-nın üstündən 34,4141 qr. narkotik maddə aşkarlanıb.

Gürcüstan Daxili İşlər Nazrilyinin məlumatına əsasən, o, günahını etiraf edib.

Afik A-ya qarşı böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi