​"Grand Motors" MMC-nin şikayəti əsasında keçirilən məhkəmədə qərar elan olunub

​"Grand Motors" MMC-nin şikayəti əsasında keçirilən məhkəmədə qərar elan olunub Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
20 Aprel , 2016 09:18
​Grand Motors MMC-nin şikayəti əsasında keçirilən məhkəmədə qərar elan olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Unileasing" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. "Grand Motors" MMC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il "Unileasing" QSC "Grand Motors" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən lizinq şirkəti daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan "Grand Motors" MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, bir neçə il əvvəl "Unileasing" "Grand Motors" şirkətilə birgə "New Holland" italyan şirkəti ilə ümumi dəyəri 3,2 milyon ABŞ dollarından artıq olan müqavilə bağlayıb.

"Unileasing" QSC 2004-ci ildə "Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunub. "Grand Motors" isə 2005-ci ildə təsis edilib.

Son xəbərlər

Orphus sistemi