Göygöldə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb Hazırda avtomobilin markası və sürücünün kimliyi araşdırılır
Hadisə
19 Avqust , 2016 23:31
Göygöldə avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

Gəncə. 19 avqust. REPORT.AZ/ Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini 1971-ci il təvəllüdlü Elşən Məmmədov ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, E.Məmmədov Göygöl rayon Quşqara kəndi ərazisində yolu keçmək istəyərkən nəməlum avtomobil tərəfindən vurulub.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən qaçan avtomobilin markası və sürücünün kimliyi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi