Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Sentyabr , 2016 12:59
Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 26 sentyabr. REPORt.AZ/ Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndinin ərazisində qeydə alınıb. 
Belə ki, Gəncə şəhər sakini İntiqam Abdullayevin və Daşkəsən rayon sakini Altay Bağırovun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə İ.Abdullayevin avtomobilində olan atası Məzahir Abdullayev hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan digər 3 sərnişinlər xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi