Göygöl rayonunda bədbəxt hadisə baş verib, 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

Göygöl rayonunda bədbəxt hadisə baş verib, 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir
Hadisə
18 Avqust , 2016 18:45
Göygöl rayonunda bədbəxt hadisə baş verib, 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib

Göygöl. 18 avqust. REPORT.AZ/ Göygöldə bədbəxt hadisə baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xasabağ kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Aytac Qurbanova daxilə keçən kəsilmiş-deşilmiş yaralarla Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. 11 yaşlı uşağın vəziyyəti orta-ağır qiymətləndirilir. 

Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir. 

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi