Goranboyda piyadanı vuraraq öldürən sürücü qaçıb

Goranboyda piyadanı vuraraq öldürən sürücü qaçıb Polis şöbəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını davam etdirir
Hadisə
4 Yanvar , 2016 15:10
Goranboyda piyadanı vuraraq öldürən sürücü qaçıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un xəbərinə görə, qəza Dəliməmmədli-Xoylu avtomobil yolunun ikinci kilometrliyində qeydə alınıb. Yolu keçmək istəyən Gəncə şəhəri Nizami rayonunda qeydiyyatda olan 1994-cü il təvəllüdlü Elmir Rasim oğlu Quliyevi naməlum avtomobil vurub. E.Quliyev aldığı ağır bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyasını dəyişb. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. 

Hazırda rayon polis şöbəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi